Bulvarda gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğuları fəaliyyət göstərməyəcək

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu gündən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qismi yumşaldılıb. Bu gündən Dənizkənarı Milli Parka girişə məhdudiyyət də aradan qaldırılıb.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq Dənizkənarı Milli Parka giriş sərbəsdir. Ancaq təbii ki, Operativ Qərargahın tələblərinə əməl etmək şərtilə. İnsanlar ərazidə gəzərkən 1,5 metrlik məsafəni qorumalıdır. Ərzidə 10 nəfərdən artıq olmamaq şərti ilə gəzmək mümkündür. Ərazidəki kafe və restoranlar Operativ Qərargahın təlimatına uyğun fəaliyyət göstərəcək – səhər saat 08:00-dan axşam 18:00-dək. İaşə müəssisələri müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun fəaliyyət göstərəcək. Dənizkənarı Bulvar İdarəsi bu məsələləri xüsusi nəzarətdə saxlayacaq.

Parkinqlər – maşın dayanacaqları da bu gündən fəaliyyətini bərpa edir. Gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğuları isə fəaliyyət göstərməyəcək. Onların fəaliyyətinə qoyulan məhdudiyyət hələ ki, aradan qaldırılmayıb.

Ərazidə Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti və Azərbaycan polisi xüsusi nəzarət həyata keçirəcək. Bulvarda yenə də xəbərdarlıq nişanları, məlumatlandırıcı lövhələr olacaq və yenə də mütəmadi dezinfeksiya işləri aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş Prokurorluq yeni təyinatlarla bağlı məlumat yayıb

Sonrakı məqalə

Aİ koronavirusa qarşı dərmanın satışına icazə verəcək