“Bura 1-2 milyon xərcləmişəm də, nə puldur ki…” –Novxanıdakı populyar olmuş evin sahibi danışdı (VİDEO)

Baku TV son günlər sosial şəbəkələrdə müzakirə olan Novxanıda heykəllərlə bəzədilmiş evdən reportaj hazırlayıb. 

Sözügedən malikanənin sahibi Bəxtiyar adlı şəxs imiş.  60 yaşlı ev sahibi bildirib ki, Rusiya vətəndaşıdır, 5 il öncə təqaüdə çıxaraq özünə bu villanı tikdirib: “Hərbi mühəndis olmuşam. Bir çox xarici ölkələrdə gəzmişəm. Xaricdə bəyəndiklərimi götürmüşəm, burada tətbiq etmişəm. Bizim ev klassik bir bağdır. 19 ölkənin məşhur rəssamlarının əsərlərini toplamışam, evimdən asmışam. Hamısının sertifikatı var. Xeyli şir heykəlləri var, təxminən sayı 10-15-dir.  Əyri işlə məşğul olan biri deyiləm. Gör nə qədər yüksək təqaüd alıram ki, bu bağı tikəm. Evin qiymətini deyə bilmərəm. 1-2 milyon xərcləmişəm, nə puldur ki?”.

Qeyd edək ki, villa 4 mərtəbədən ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tibb Universitetinə yeni prorektor təyin olunub

Sonrakı məqalə

Elçin Sadıqovun fərdi vəkil kimi fəaliyyəti ləğv edilib