Buraxılış imtahanlarının nəticələri niyə gec açıqlanır? – AÇIQLAMA

Buraxılış imtahanlarının nəticələrinin gec elan olunmasının səbəbi açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yazılı cavab tələb edən tapşırıqların yoxlanılması uzun müddət tələb edir.

“Bu səbəbdən buraxılış imtahanlarının nəticələri gec açıqlanır”, – deyə əlavə edilib.

 

 

Qeyd edək ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 mart 2022-ci il tarixlərində keçirilən buraxılış imtahanlarının nəticələri 1 aprel tarixində elan olunub.

12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin isə aprelin 10-dək elan olunması nəzərdə tutulsa da, hələ də cavablar açıqlanmayıb.

Əvvəlki məqalə

Gəncədə 16 yaşlı qız ana olub

Sonrakı məqalə

İki gün ərzində 126 cinayət “isti izlərlə” açılıb –