İki gün ərzində 126 cinayət “isti izlərlə” açılıb –DİN

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 126 cinayətin üstü “isti izlər”lə açılıb.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidmətindən bildirilib.
Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 49 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 72, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 109 nəfər saxlanılıb.
Əvvəlki məqalə

Buraxılış imtahanlarının nəticələri niyə gec açıqlanır? – AÇIQLAMA

Sonrakı məqalə

“Ukraynanın bütün şəhərlərinə hücum dalğası olacaq” –