Burkina-Faso hərbçiləri Nigerə daxil olub

Burkina-Faso hərbçilərindən ibarət bir neçə birləşmə Nigerə gedib.

Bu barədə “Sky News Arabia” məlumat yayıb.

Məlumatda hərbçilərin dəqiq sayı və cəlb olunan hərbi texnika qeyd olunmayıb.

Xatırladaq ki, Nigerdə hərbi çevriliş nəticəsində hakimiyyətə gələn xunta Fransa hərbçilərinin ölkədən çıxarılmasına verdiyi müddət başa çatmasına baxmayaraq, fransız hərbi kontingenti hələ də ölkə ərazisindədir.

Fransa tərəfi isə öz növbəsində bildirib ki, Nigerdə devrilmiş Prezident Məhəmməd Bazumun sonrakı taleyi barədə məlumat əldə edənə kimi qoşunlarını Nigerdən çıxarmayacaq. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.