“Bütün Avropa Rusiyanın hədəfidir, Ukrayna birinci mərhələdir” –ZELENSKİ

“Avropa İttifaqının Ukraynanın üzvlük müraciətinə müsbət cavabı Avropa layihəsinin gələcəyinin olub-olmaması sualına cavab ola bilər”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə keçirdiyi birgə brifinqdə deyib. “İndi, əlbəttə ki, həlledici məqamdır. Təkcə Ukrayna üçün deyil, həm də Avropa İttifaqı və bütün Avropa qitəsi üçün. İndi vahid Avropanın gələcəyi müəyyənləşdirilir. Rusiya Avropanın birliyini pozmaq, onu parçalayıb zəiflətmək istəyir. Bütün Avropa Rusiyanın hədəfidir, Ukrayna bu təcavüzün, bu planların yalnız birinci mərhələsidir”, – Zelenski qeyd edib.

Onun fikrincə, Ukrayna xalqı artıq ümumi azadlıq və dəyərlərin müdafiəsinə fövqəladə töhfə verib: “Avropa ölkələrində keçirilən sorğular avropalıların böyük əksəriyyətinin Ukraynanı Avropa ailəsinin bir hissəsi hesab etdiyini göstərib. Biz 23-24 iyun tarixlərində siyasi səviyyədə belə bir reallığın tanınmasını səbirsizliklə gözləyirik. Bunun məntiqi həlli Ukraynaya namizəd ölkə statusunun verilməsi olmalıdır”.

Zelenskinin sözlərinə görə, Ukrayna xalqı başa düşür ki, namizəd statusu Aİ-yə üzvlük yolunun yalnız başlanğıcıdır: “Bizim islahatlarda nailiyyətlərimiz var. Təbii ki, dövlətimiz namizədlikdən tamhüquqlu üzvlüyə qədər bu yolu keçməlidir. Ukrayna xalqı azadlığı o qədər yüksək qiymətləndirir, gələcəyi üçün mübarizə aparmağa o qədər hazırdır ki, Avropaya inteqrasiya üçün də lazım olan hər şeyi edəcək. Avropa layihəsi bizsiz tamamlana bilməz”.

Azpost.info

Əvvəlki məqalə

“Şeyxülislam İstanbul sammitində vacib mesaj verdi” –

Sonrakı məqalə

10 il sonra iPhone 6 min dollara olacaq