“Şeyxülislam İstanbul sammitində vacib mesaj verdi” –Mərmərə Vəqfinin prezidenti Akkan Suver

“İstanbulda keçirilən 25-ci Avrasiya İqtisadi Sammiti uğurla başa çatdı. Azərbaycandan Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə zirvə görüşü islamın timsalında vacib mesajların verilməsində mühüm rol oynadı”.

Bu sözləri zirvə görüşünün təşkilatçısı olmuş Türkiyə Mərmərə Qrupu Vəqfinin prezidenti Dr.Akkan Suver Azpost.info-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, zirvə görüşünün iştirakçıları Şeyxülislamın maarifçi baxışlarıdan və fikirlərindən bəhrələniblər.

Qeyd edək ki, iyunun 7-8-9-da İstanbulda keçirilən 25-ci Avrasiya İqtisadi Sammitinə 43 ölkədən nümayəndə heyəti qatılıb.

Prezident Ərdoğanın, 11-ci Prezident Abdullah Gülün, Türkdilli Dövlətlər Təşkilatının Ağsaqqalar Şurasının sədri Binəli Yıldırımın təbrikləri açılan 25-ci Avrasiya İqtisadi Zirvə toplantısında xarici işlər nazirinin köməkçisi Yavuz Səlim Kıran, İstanbul millət vəkili Şamil Ayrım, sabiq xarici işlər naziri Hikmət Çətin və digər rəsmilər iştirak edib.

12 dövlət başçısının iştirak etdiyi 25-ci Avrasiya İqtisadi Zirvə toplantısında xaricdən yüksək dövlət və iş adamları qatılıb. Azərbaycandan QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti  iştirak edib.

Zirvə toplantısında Dr.Akkan Suverə Birləşmiş Millətlər Təşkilatının Sevgi və Sülh Federasiyası tərəfindən “Qızıl Sülh” Şərəf Medalı təqdim edilib.

Mərmərə Qrupu Vəqfinin prezidenti Dr.Akkan Suverin sözlərinə görə, Şeyxülislam Allahşükür Paşazadə 25-ci Avrasiya İqtisadi Zirvə toplantısında mühüm məruzə ilə çıxış edib.

“Möhtərəm Şeyxülislamın ehtiyacımız olan sülhə verdiyi önəmi üzə çıxaran çıxışı yüksək  qiymətləndirildi. İştirakçılar tərəfindən həmçinin Şeyxülislamın qlobal qida böhranı təhlükəsi ilə bağlı qiymətləndirməsini diqqətlə dinlənildi.

Xüsusi vurğulamaq istərdim ki, Şeyxülislamın gəlişi ilə 25-ci Avrasiya İqtisadi Zirvəsi islamın təmsili ilə bağlı mühüm mesajların verilməsində mühüm rol oynadı. Mərmərə Qrupu Vəqfi olaraq, Şeyxülislamın 25-ci Avrasiya İqtisadi Zirvə Toplantısında iştirakından şərəf duyduq””-deyə Akkan Suver bildirib.

Əvvəlki məqalə

Avropa Komissiyasının sədri Zelenski ilə görüşüb –

Sonrakı məqalə

“Bütün Avropa Rusiyanın hədəfidir, Ukrayna birinci mərhələdir” –