Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Bütün dünya Amerikaya nifrət edir…Bu Ərdoğanın seçkisi deyil” –

User 19 Aprel 2023 - 10:30 (Last updated: 21 May 2025 - 20:15)
din turkiye soylu

Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda gənclərlə görüşü zamanı ABŞ-ın nüfuzunu itirməkdə davam etdiyini və bütün dünyanın “Amerikaya nifrət etdiyini  bildirib.

Azpost.info “Aydınlık” qəzetinə istinadən bildirir ki, Soylunun sözlərinə görə, ABŞ mayın 14-də keçiriləcək seçkilərə görə Türkiyəyə təzyiq göstərir: “Avropa deyə bir şey yoxdur. Onu  şişirtməyin. Amerika var. Avropa Amerika karvanının bir qatarıdır. Onun əlahiddə bir xüsusiyyəti yoxdur “-deyə qəzet onun sözlərindən sitat gətirib.

Türkiyə Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Avropa liderləri daim nüfuzunu itirir, əhali qocalır:
“Avropalılar istehsalda çətinliklər yaşayırlar və bundan sonra da yaşayacaqlar”, – o deyib.

Gənclərlə görüşdə çıxış edən Soylu deyib ki, Amerika öz nufuzunu itirməkdə davam edir: “Bütün dünya Amerikaya nifrət edir. Avropa Amerikanın Afrikadakı piyadasıdır. Bütün Afrika dövlətləri onu istismar edən bu dövlətlərə nifrət edir”.

Soylu qeyd edib ki, Qərbin artıq suverenliyi yoxdur:  “Artıq onların suverenliyi yoxdur, amma vərdişlərini saxlamağa çalışırlar… Türkiyə tarixi dəyişir. Bu seçkilər bu tarixi tamamilə dəyişəcəyi seçkilərdir. Ona görə də Amerika, Avropa təzyiq edir. Buna görə də Qəndil dağından PKK təzyiq göstərir. Bu, Tayyib Ərdoğanın seçimi deyil, bu, Türkiyənin gələcək nəsillərinin seçimidir, Türkiyənin tam müstəqilliyi seçimidir”, – deyə nazir bildirib.

Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib. Namizədlərin yekun siyahısında “Cümhuriyyət Alyansı”ndan vahid namizəd kimi hazırkı dövlət başçısı, 69 yaşlı Ərdoğan, müxalifətdən olan “Xalq Alyansı”ndan vahid namizəd 74 yaşlı Kamal Kılıçdaroğlu, həmçinin Memleket partiyasının lideri 58 yaşlı Məhərrəm İncə və 55 yaşlı Ata ittifaqının namizədi Sinan Oğan qatılıb.

Azpost.info

Post navigation

Previous: Milli Məclisin sədri Polşa Seyminin başçısı ilə görüşüb
Next: Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Oxşar xəbərlər

erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00

xƏBƏR

erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib. Bu barədə “24 TV” məlumat...
Read more about Ərdoğan Zelenskini qəbul edib
İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.