Bütün dünyada axtarılan məşhur narkobaron El Çapo həbs edildi

Niderland polisi böyük narkokartelin başçısı, Çin əsilli Kanada vətəndaşı, “Asiyadan olan El Çapo” ləqəbli Se Çi Lopu həbs edib.

NL Times nəşri xəbər verir ki, 57 yaşlı Se Çi Lop Avstraliya hakimiyyətinin sorğusuna əsasən Sxipxol aeroportunda tutulub. O, saxlanılarkən polisə müqavimət göstərməyib. Hazırda Niderland polisi narkokartelin başçısının Avstraliyaya verilməsi məsələsi üzərində işləyir.

Avstraliyanın ABC telekanalının məlumatına görə, Se Çi Lop dünyada ən çox axtarılan cinayətkarlardan biridir. Onun narkokartelinin illik dövriyyəsi 90 milyard Avstraliya dolları (təxminən 70 milyard ABŞ dolları) həcmində qiymətləndirilir. Avstraliya polisinin hesablamalarına əsasən, “Asiyadan olan El Çapo” ölkəyə gətirilən narkotik vasitələrin 70 faizinə görə məsuliyyət daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Braziliyada futbolçuların olduğu təyyarə qəzaya uğrayıb

Sonrakı məqalə

İranın xarici işlər naziri Zərif Azərbaycana gəlib: