“Bütün fələstinlilərin kollektiv şəkildə cəzalandırılması yolverilməzdir”- Belçika Baş naziri

“İsrailin bütün fələstinlilərin kollektiv şəkildə cəzalandırılmasını, o cümlədən Qəzza zolağının tam blokadasını nəzərdə tutan hərəkətləri yolverilməzdir”.

Azpost.info xəbər verir ki, bunu Belçikanın Baş naziri Aleksandr De Kro bildirib.

Eyni zamanda, Brüssel HƏMAS tərəfindən saxlanılan bütün girovların dərhal azad edilməsinin tərəfdarıdır.

Baş nazirin sözlərinə görə, baş verən hər şey beynəlxalq müharibə qaydalarından kənara çıxmamalıdır.

“Ediləcək ilk şey bütün girovları, xüsusilə qadınları və uşaqları dərhal azad etməkdir. Lakin bu, beynəlxalq hüquqa və beynəlxalq müharibə qaydalarına uyğun olaraq edilməlidir. Bütün qəzzalıların kollektiv şəkildə cəzalandırılması məqbul həll yolu deyil. Su və elektrik enerjisinin kəsilməsi yolverilməzdir. İnsanlar və uşaqlar xəstəxanalara müraciət etməkdən məhrum edilə bilməz”, – Kro bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.