Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Bütün iştirakçı tərəflər ümumi milli iqtisadi fəaliyyət planı hazırlamalıdır

Orkhan Ali 12 Noyabr 2024 - 13:00 (Last updated: 21 May 2025 - 20:15)
67331261dd6a767331261dd6a8173140028999ce2a3d50251d5b0e548003ed1e8148

“Növbəti iqlim sammitinədək bütün iştirakçı tərəflər iqlim dəyişikliyi ilə mübarizə məqsədilə ümumi milli iqtisadi fəaliyyət planı hazırlamalıdır”.

Bunu BMT Baş katibi Antonio Quterreş noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.

O əlavə edib ki, qlobal istiləşmə probleminin həlli üçün üç prioritet müəyyənləşdirilib ki, onların icrası 2030-cu ilədək hər il temperaturda 9 faizlik azalmanı təmin edəcək:

“Bu gün tükənməkdə olan yanacaq ehtiyatlarının həcminin artırılması istiqamətində atılan addımlar məntiqsizdir. Hazırda ekoloji cəhətdən təmiz elektrik enerjisinə keçid dövrüdür. Bu amilin qarşısını nə ayrı-ayrı qruplar, nə biznes dairələri, nə də hökumətlər ala bilər. Lakin siz zəmanət verə bilərsiniz ki, istehsal olunacaq bu növ elektrik enerjisi və yanacaq ehtiyatının həcmi qlobal temperaturu 1,5 dərəcə səviyyəsində saxlamağa kömək edəcək. Mən təkidlə sizi üç prioritet üzərində diqqəti cəmləməyə çağırıram. Onlardan birincisi tullantıların həcminin 2030-cu ilədək hər il ərzində 9 faizədək azaldılmasıdır. Beləliklə, göstərilən dövrədək bu həcm 2019-cu ilə nisbətdə 43 faiz azalacaq. Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında qlobal istiləşmə ilə mübarizə aparan bütün tərəflər ədalətli və effektiv enerji bazarlarının formalaşması təklifi ilə razılaşmalıdır. Növbəti iqlim sammitinədək bütün iştirakçı tərəflər iqlim dəyişikliyi ilə mübarizə məqsədilə ümumi milli iqtisadi fəaliyyət planı hazırlamalıdır”.

Post navigation

Previous: Azərbaycan COP29-a ev sahibliyi edən ölkə seçildikdən sonra biz hədəfə çevrildik
Next: COP29-un Azərbaycana və vətəndaşlara hansı faydaları olacaq?

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.