Beynəlxalq Valyuta Fondu (BVF) bu il Azərbaycanda inflyasiya proqnozunu yeniləyib.
“APA-Economics” xəbər verir ki, Fond bu il Azərbaycanda inflyasiya proqnozunu 11,3%-dən 10,3%-ə qədər endirib.
BVF hesab edir ki, 2024-cü ildə Azərbaycanda istehlak qiymətləri indeksi 5,6%-ə qədər enəcək. Bu isə Fondun əvvəlki proqnozundan 2,4% bəndi azdır.
BVF 2028-ci ildə isə Azərbaycanda inflyasiyanın 4%-ə enəcəyini müəyyən edib.
Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2023-cü ilin yekunları üzrə orta illik inflyasiyanı 9,5%, 2024-cü il üçün 5,3%, 2025-ci il üçün 4,9% proqnozlaşdırıb.