BVF-nin Azərbaycan üzrə missiyasına yeni rəhbər təyin olunub

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Çad Ştaynberq təyin olunub.

Bu barədə Fondun yerli ofisindən məlumat verilib.

O, bu vəzifədə Natalia Tamirisanı əvəz edib.

Qeyd edək ki, hazırda missiya rəhbəri Çad Ştaynberqin rəhbərlik etdiyi və Fondun Azərbaycan üzrə icraçı direktoru Piotr Trabinskin də təmsil olunduğu nümayəndə heyəti Azərbaycanda səfərdədir.

BVF missiyasının səfər zamanı ölkənin əsas iqtisadi qurumları ilə görüşləri nəzərdə tutulur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir