Bərdədə qonaqlıq təşkil edən restoran sahibi həbs edilib- 7 nəfər saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

Belə ki, rayon ərazisindəki restoranların birində 20 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir