1955-ci ildə Bakı Kino Studiyasında çəkilmiş “Bəxtiyar” filminin 70 illik yubileyidir.
AzPost bildirir ki, bədii film ilk dəfə 14 fevral 1956-cı ildə AzTV-nin ilk dəfə televiziya ötürücüsü vasitəsilə ağ-qara formatda yayımlandığı zaman nümayiş etdirilib.
Boris Laskin və Nikolay Rojkovun ssenarisi əsasında və Lətif Səfərovun rejissorluğu ilə çəkilmiş musiqili komediya filmi 11 dekabr premyerasından dərhal sonra tamaşaçılar arasında sevimli filmə çevrilib.
“Bəxtiyar” filmi gözəl səsə malik neftçi Bəxtiyar Muradovun həyatından bəhs edir. Ekran əsərində əsas rolları Rəşid Behbudov, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov, İsmayıl Əfəndiyev, Tamara Çernova və Faiq Mustafayev oynayıblar.
Maraqlı süjet xətti üzərində qurulan filmin mahnılarını bəstəkar Tofiq Quliyevin yazıb.
AzPost Azərbaycan Dövlət Kino Fondunda saxlanılan fotoşəkilləri təqdim edir:









