Cəlilabad, Lənkəran, Masallı və Yardımlıda əkin sahələrinə su verilməsi üçün 840 min manat ayrıldı –

SƏRƏNCAM
07 İyun 2021 - 15:01

Prezident İlham Əliyev Cəlilabad, Lənkəran, Masallı və Yardımlı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalyıb.

Sərəncama əsasən, Cəlilabad, Lənkəran, Masallı və Yardımlı rayonlarının əhalisi 33550 nəfər olan 12 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 12 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 840,0 (səkkiz yüz qırx) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll eməlidir.

Sıra

№-si

Rayonun

adı

Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adı Əhalinin sayı, nəfər
Cəlilabad 6 Boyxanlı kəndi 1740
Cəfərxanlı kəndi 1289
Xəlilabad kəndi 2231
Komanlı kəndi 3270
Təzəkənd kəndi 3264
Üçtəpə kəndi 8277

Lənkəran 1 Qurumba kəndi 1496
Masallı 4 Hüseynhacılı kəndi 1367
Köcəkli kəndi 2192
Mahmudavar kəndi 5714
Tüklə kəndi 2214
Yardımlı 1 Şiləvəngə kəndi 496
Cəmi: 12 12 33 550