“Cənubi Osetiyanın Rusiyanın tərkibinə daxil olması hazırda realdır”.
Azpost.info bildirir ki, bu sözləri Gürcüstanın beynəlxalq sərhədləri çərçivəsində tanınan separatçı Cənubi Osetiyanın rəhbəri Anatoli Bibilov RİA-Novosti-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda Moskva ilə məsləhətləşmələr aparılır və bununla bağlı referendum aprelin 10-dan sonra keçirilə bilər: “Bu gün belə bir fürsət pəncərəsi var. Bu gün biz bir daha vurğulayırıq ki, Cənubi Osetiya xalqının Rusiya tərkibinə daxil olması barədə yüzillik arzusu realdır. Bu fürsəti əldən verməyə haqqımız yoxdur”, – deyə Bibilov bildirib.
Bibilov bildirib ki, Cənubi Osetiyada iki referendum planlaşdırılır: birincisi Rusiyanın tərkibinə daxil olmaqla, daha sonra Şimali Osetiyaya birləşmək üçün referendum keçirilə bilər.
Cənubi Osetiya Gürcüstanın BMT tərəfindən tanınan muxtar idarəetməyə malik ərazisidir. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Moskva Cənubi Osetiyanı və Abxaziyanı müstəqil dövlət kimi rəsmən tanıyıb. Bu qərar dünya tərəfindən etirazla qarşılanıb.
Azpost.info