“Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində işləməyə sadiq qalırıq”- BMT

BMT Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində işləməyə sadiq qalır.

Bu barədə BMT-nin Azərbaycandakı Nümayəndəliyinin “Twitter” hesabında bildirilib.

“Sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında münaqişədə həlak olanları yad edir, həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk. BMT Cənubi Qafqazda sülh və Dayanıqlı İnkişaf Məqsədlərinin inkişafı istiqamətində işləməyə sadiq qalır”, – qeyd olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.