“Cəsur Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan necə azad etdiyini yaxından izləyirik” –Pakistan səfiri

“Biz Azərbaycanın cəsur Ordusunun öz torpaqlarını işğaldan necə azad etdiyini yaxından izləyirik”.

Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee jurnalistlərə açıqlamasında deyib.

“Onlar başqasının torpağında yox, öz torpaqlarında döyüşürlər və uzun müddətdir işğal altında olan torpaqlarını azad etməyə çalışırlar. Biz bunu hüquqi, legitim mübarizə hesab edirik. Bu, beynəlxalq hüquqda da öz əksini tapıb. Öz ərazinizi, Vətəninizi müdafiə etmək sizin haqqınızdır. Buna görə də biz bu məsələdə Azərbaycanı, onun hüquqi haqqını dəstəkləyirik”, – deyə səfir vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir