Xalq artisti Mənsum İbrahimovun qardaşı oğlu şəhid oldu

Tanınmış xanəndə, Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun qardaşı Zülfüqar İbrahimovun oğlu Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.
 “Bakupost” xəbər verir ki, şəhidimiz bu gün Ağdamda dəfn edilib.
Xalqı artisti saytımıza açıqlamasında bildirdi ki, qardaşı oğlu Azərbaycanın 4 rayonunun işğaldan azad edilməsində bilavasitə iştirak edib: “Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Ötən gün Laçın uğrunda gedən döyüşlərdə şəhid oldu. O ölməyib, Vətən uğrunda şəhid olub. Hazırda Ağdamda dəfn mərasimindəyik. Burada xalq izdihamı yaşanır. Bu xalqın iradəsini heç nə sarsılda bilməz. Xalqı bu cür olan dövlətin torpağı işğalda qalmaz. Təki, Vətən sağ olsun! Biz bir nəfər ölüb, min nəfər dirilərik!”
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur –

Sonrakı məqalə

“Cəsur Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan necə azad etdiyini yaxından izləyirik” –