Cəbrayıl, Zəngilan, Füzuli şəhərlərində su təsərrüfatı qurulur

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Qarabağda su təsərrüfatı sahəsində irimiqyaslı işlər həyata keçirir. Sakinlərin keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunması üçün təxirəsalınmaz bərpa və tikinti işləri aparılır.

ADSEA-dan bildirilib ki, qurumun sifarişi ilə icra olunan Cəbrayıl şəhərinin xarici su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla 15 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Cəbrayıl şəhərində 2023-cü ildə 1 ədəd geoloji kəşfiyyat quyusu qazılıb. Seçilmiş mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verir.

Cəbrayıl şəhərinin şimalında ümumilikdə 9 subartezian quyusunun qazılması layihələndirilib və artıq bu istiqamətdə işlərə başlanılıb. İlkin mərhələdə 3 quyu qazılacaq. Cəbrayıl şəhər ərazisində 3 ədəd artezian quyusunun birinci mərhələsində qazıntı işləri nəzərdə tutulub. Məhsuldarlığı saniyədə 12 litr olan quyulardan biri, 6 saylı Subartezian quyusunun idarəetmə otağı istifadəyə verilib. Şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması təmin ediləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.