Cəbrayılda mərmi alışdırıcısı partlayıb, minaaxtaran xəsarət alıb

Cəbrayıl rayonu ərazisində partlayış hadisəsi baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, avqustun 25-də Cəbrayıl rayonunun Hüseynalılar kəndi ərazisində OG-9 sursatına aid alışdırıcının partlayışı baş verib.

Partlayış nəticəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən yerli şirkətin minaaxtaranı, 1999-cu il təvəllüdlü Qasımov Həbib Teymur oğlu xəsarət alıb. Zərərçəkəndə “Sol əlinin iç səthinin çapılmış deşilmiş yaraları, hər iki baldırın iç səthinin xırda barıt yanıqları” xəsarəti qeydə alınıb.

Xəsarət alan şəxsin vəziyyəti stabildir. Həyatı təhlükəsi yoxdur.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Kəlbəcərdə “Çıraq-1” və “Çıraq-2” KSES-in açılışında iştirak edib

Sonrakı məqalə

Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı birgə bəyanat yayılıb