Cəbrayılda mina partlayıb, bir nəfər xəsarət alıb

Mina
Mina

İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində yanvarın 7-də mina hadisəsi baș verib.

AzPost xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

“Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Nəriman oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Məmmədov Rəşad ayaq nahiyəsindən yüngül xəsarətlər alıb. Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur”, – məlumatda deyilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.