Cəbrayılda Orta əsrlərə aid qəbiristanlıq yerlə-yeksan edilib –FOTOLAR

Dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş şəhər, kəndlər… Ermənilərin vandalizm izlərinə Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində hər addımda rast gəlmək olar.

Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Cəbrayılda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm aktı həyata keçiriblər. Cəbrayıl şəhərinin yaxınlığındakı Orta əsrlərə aid qəbiristanlıq da ermənilər tərəfindən yerlə-yeksan edilib. Qiymətli qəbir daşları talan edilərək aparılıb, qəbirlər qazılaraq çıxarılıb, insan sümükləri ətrafa səpələnib…

Özlərini sivil xalq adlandıran ermənilər qəbiristanlıqları dağıtmaqla tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər. Lakin insanlığa sığmayan bu əməlləri ilə əsl xislətlərini, barbarlıqlarını bir daha nümayiş etdirmiş olublar.

Azərtac Cəbrayıl şəhərinin yaxınlığındakı qəbiristanlıqdan fotoları təqdim edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vətən müharibəsində Raket və Artilleriya Qoşunlarının 184 hərbçisi şəhid olub

Sonrakı məqalə

“Azərbaycan Ordusu azad edilmiş ərazilərdə döyüş hazırlığı ilə məşğuldur”-