Cəlilabad rayon İcra başçısı rüşvət üstündə həbs olundu – İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirilir

Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

Sabah.az xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar var.

Qeyd edək ki, Cəlilabad rayonunun icra başçısı 2018-ci ilin fevralın 6-dan Namiq Zeynalovdur.

Unikal.org-un məlumatına görə, RİH-nin başçısı Namiq Zeynalov rüşvət alarkən həbs edilib.

 APA Agentliyi də saxlanılanlar arasında Cəlilabad RİH-nin başçısı Namiq Zeynalovun da olduğunu bildirib.

Qeyd edək ki, o, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənova yaxınlığı ilə tanınır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir