Cənubi Koreya prezidenti vətənə xəyanətdə ittiham oluna bilər- AÇIQLAMA

Cənubi Koreyanın müxalifət partiyası “Toburo” ölkə prezidenti Yun Sok Yeol və müdafiə naziri Kim Yong Hyunu vətənə xəyanətdə ittiham etmək niyyətindədir.

Azpost.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyinə partiyanın sözçüsü Ço Sın Re bildirib.

Onun sözlərinə görə, buna səbəb əvvəllər tətbiq edilən hərbi vəziyyət olub. Hakimiyyətin siyasi opponentlərinin fikrincə, bu qərar Cənubi Koreya konstitusiyasının pozulması idi.

“Biz prezident Yunu, milli müdafiə naziri Kim Yonq Hyunu və nazir Li San Mini vətənə xəyanətdə günahlandıracağıq və onların impiçmentini tələb edəcəyik”, – Ço Sın Re deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.