Cənubi Koreya Rusiyaya qarşı ticarət sanksiyaların icrasına nəzarəti gücləndirir

Cənubi Koreya Rusiya və Belarusa qarşı ticarət sanksiyalarına əməl olunmasına nəzarəti gücləndirəcək.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin Ticarət, Sənaye və Energetika Nazirliyi məlumat yayıb.

Fevralın 24-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, icazəsi alınmalı olan malların qeyri-qanuni ixracı ilə mübarizə aparılacaq.

Nazirlikdən qeyd olunub ki, qanunsuzluqların, həmçinin dolama marşrutlar üzrə çatdırılmaların sayının artacağı gözlənildiyi üçün ixrac nəzarəti daha diqqətlə aparılacaq.

Fevralın 24-də 682 növ mala, o cümlədən mühərrikinin həcmi iki litrdən çox olan avtomobillərə aid məhdudiyyətlər qüvvəyə minib. Eyni zamanda, fevralın 23-də ABŞ Rusiyaya ABŞ dəzgahlarının tədarükü ilə məşğul olduğu iddia edilən Cənubi Koreya şirkətlərinə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.