Cənubi Koreyada koronavirus karantinini pozanlar sərt cəzalandırılacaq

Cənubi Koreyada koronavirusla mübarizənin gücləndirilməsi istiqamətində qanunvericiliyə dəyişiklik edilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, ölkədə karantin rejimini pozanlara qarşı cəzalar sərtləşdirilib.

Xəstəxanaya yerləşdirilmə və ya karantin rejiminin pozulmasına görə tətbiq edilən 3 milyon von (2 400 ABŞ dolları) məbləğində cərimə 1 ilədək azadlıqdan məhrumetmə və 10 milyon von (8 200 ABŞ dolları) cərimə ilə sərtləşdirilir”, – Cənubi Koreya Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib.

Xatırladaq ki, Cənubi Koreyada koronavirusdan ölənlərin sayı 12-yə çatıb, yoluxanların sayı isə 1 261 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənilərin Xocalıda törətdiklərinin soyqırımı olduğu sübuta yetirilib”

Sonrakı məqalə

Ayaz Mütəllibov İlham Əliyevlə görüşdü-