Cənubi Koreyada taleyüklü prezident seçkiləri

Cənubi Koreya
Cənubi Koreya

Cənubi Koreyada siyasi böhran fonunda prezident seçkiləri başa çatıb. AzPost xəbər verir ki, ölkə vətəndaşları impiçment olunmuş lider Yun Suk-yeol-un qərarı ilə yaranan xaosdan sonra yeni prezidenti müəyyənləşdirmək üçün səsvermə hüququndan istifadə ediblər.

Seçkilərdə əsas mübarizə liberal Lee Jae-myungmühafizəkar Kim Mun-soo arasında gedib. İctimai sorğular Lee Jae-myung-un üstünlüyünü göstərsə də, ölkədə siyasi gərginlik və narazılıqlar seçki ab-havasına ciddi təsir edib. Xatırladaq ki, impiçment elanından dərhal sonra Yun Suk-yeol hərbi vəziyyət tətbiq etməyə cəhd etmiş, bu isə ölkədə etiraz dalğasına və siyasi böhrana səbəb olmuşdu.

Məlumata görə, seçkilərdə iştirak faizi kifayət qədər yüksək olub. Erkən səsvermədə 44,39 milyon seçicinin üçdə birindən çoxu artıq seçki məntəqələrinə üz tutmuşdu. Əsas seçki günü isə səsvermələr yerli vaxtla axşam saat 8-də başa çatıb. İlkin nəticələr gecə yarısından əvvəl açıqlanacaq.

The Guardian-ın yazdığına görə, bəzi Cənubi Koreyalılar bu seçkiləri ölkədəki demokratik institutların güclü olduğunun sübutu kimi qiymətləndirir. Digər tərəfdən isə siyasi böhran və liderlik vakuumu ölkənin diplomatik münasibətlərinə və iqtisadi bazarlarına mənfi təsir göstərib.

Yeni prezidentin qarşısında ciddi və çətin vəzifələr dayanır. Ölkə iqtisadiyyatı yavaşlayır, gəlir bərabərsizliyi artır və Şimali Koreyadan gələn nüvə təhdidi davam edir. Eyni zamanda ABŞ və digər müttəfiqlərlə münasibətlərin idarə olunması da vacib məsələlər sırasındadır.

Seçkilərdə qalib gələcəyi gözlənilən Lee Jae-myung sosial və iqtisadi islahatlar vəd edir. O, gəlir bərabərsizliyinin azaldılması, etnik qarşıdurmaların aradan qaldırılması və xarici siyasətdə ABŞ-la əməkdaşlığı davam etdirməklə yanaşı, Şimali Koreya ilə münasibətləri yumşaltmaq niyyətindədir.

Mühafizəkar Kim Mun-soo isə qalib gələcəyi təqdirdə siyasi rəqiblərindən qisas alınacağından ehtiyat edildiyini bildirib. Kim müxalif namizədi diktatorluq qurmaq istəyində ittiham edib.

Siyasi analitiklər bildirir ki, bu seçkilər Cənubi Koreya tarixində ən gərgin və taleyüklü seçkilər kimi yadda qalacaq. Çünki yeni prezidentin səlahiyyət müddəti dərhal başlayacaq və iki aylıq keçid dövrü olmayacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.