Cənubi Qafqazda yeni status-kvo yaradırıq –Hikmət Hacıyev

Ədalətli sülhə əsaslanaraq biz Cənubi Qafqazda yeni reallıqlar və yeni status-kvo yaradırıq.

APA “Aljazeera” ya istinadən xəbər verir ki, bunu Qətərdə keçirilən “Doha Forumu”nda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, yaxın vaxtlarda imzalanan bir çox sülh razılaşmaları nəticəsiz qalıb, çünki razılaşmalar imzalandıqdan sonra tərəflər özlərini komfort zonasında hiss edir.

“Azərbaycan və Ermənistan isə bu vəziyyətdən yayınmağa çalışır. Hər iki tərəf anlayır ki, sülh üzüyuxarı istiqamətdə bir prosesdir və buna görə də çox çalışmaq lazımdır”, Hikmət Hacıyev bildirib.

O əlavə edib ki, rəsmi Bakı və İrəvan mütəmadi olaraq kontaktdadır və iki ölkə arasında əldə olunan razılaşmaların icrasına çalışır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.