“Cənubi Qafqazın ərazilərini Rusiyaya qaytarmalıyıq” –Jirinovskidən Azərbaycanla bağlı sərsəm açıqlama

“Biz Rusiya İmperiyasının və SSRİ-nin bütün ərazilərini geri qaytarmalıyıq”.

Azpost.info bildirir ki, bu sözlər Rusiya Dumasının deputatı, LDPR-in sədri Vladimir Jirinovski “Komsomolskaya Pravda”nın “radiokp.ru” internet radiosuna müsahibəsində rus ordusunun Ermənistan-Azərbaycan sərhəddinə yerləşdirilməsi barədə danışarkən bildirib.

Qalmaqallı siyasətçinin sərsəm fikirləri bununla bitməyib.

Jurnalistin “Belə çıxır ki, biz yenə SSRİ vaxtı olduğu kimi övladlarımızı yad yerə, bizə aid olmayan münaqişənin arasına göndəririk?” sualına Jirinovski özünəməxsus həyasızlıqla cavab verib: “Qafqaz bizim təsir zonamızdır. Ermənilər və azərbaycanlılar 200 il bizim bayrağımız altında olublar. Ona görə, biz ora özümüz getmirik. Ermənilər xahiş edib çağırırlar”.

Jurnalistin yenidən ““Axı bu bizim nəyimizə lazmdır? Nə qazanacağıq bundan?” sualına Jirinovski “sakitlik qazanacağıq” deyib.

“Qoy azərbaycanlılar bizə qara kürü və artıq olan neft göndərsinlər, ermənilər isə ərik və şaftalılarını. Biz onlarda olan nə artıq məhsul varsa pulla alacağıq. Bir-birinə güllə atmamağa məcbur edəcəyik. Onlar bizə hörmət edirlər”-deyə Jirinovski səfeh açıqlamasında vurğulayıb.

LDPR sədri Ukrayna haqqında da cəfəng fikirlər səsləndirib və ukrayna xalqının mövcud olmadığını, onların yaddaşını itirmiş ruslar oldğunu vurğulayıb.

V.Jirinovskinin bu sayaq bir-birini təkzib edən açıqlamalarını zaman-zaman səsləndirib. Hər dəfə vəziyyətə uyğun “politoloji öncəgörmələr”verən bu başabəla siyasətçi gülüş və istehza hədəfinə çevrilir.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tiflisdə yoxa çıxan Avstraliya vətəndaşı ölü tapılıb –

Sonrakı məqalə

“Ağıldan məhrum bir təlxəyi ortalığa atıblar…” –