“Çətin siyasi mübarizə hələ qarşıdadır”- Serbiya prezidenti

Serbiya prezidenti Aleksandr Vuçiç Kosovodakı vəziyyətin nizamlanması üçün dialoqun davam etdirilməsinə çağırıb.

Azpost.info xəbər verir ki, Vuçiç bu müraciəti ölkənin silahlı qüvvələrinin Baş Qərargahında məsləhətləşmələrdən sonra səsləndirib.

O, həmçinin Kosovo serblərinə vəziyyətin gərginləşməsi qarşısında tutduqları mövqeyə görə təşəkkür edib.

“Priştina bu aksiyanı çoxdan hazırlayırdı. Kosovo və Metoxiyadan olan serblərə təmkin və cəsarətə görə təşəkkür edirəm”, – prezident vurğulayıb.

Serbiya lideri əlavə edib ki, çətin siyasi mübarizə hələ qarşıdadır: “Dialoqun davam etməsi bizim üçün son dərəcə vacibdir ki, problemləri sülh yolu ilə həll etməyə başlayaq”.

Vuçiç vəziyyəti sakitləşdirmək üçün hər şeyi edəcəyinə söz verib. Ölkə başçısı serblərə müraciət edərək təxribatlara yol verilməməyi və münaqişəyə səbəb ola biləcək hərəkətlər etməməyi xahiş edib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.