Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Cəmi 14 qəpiyə görə kredit tarixçəsi korlandı

Orkhan Ali 13 May 2026 - 09:30 (Last updated: 13 May 2026 - 09:49)
2Un3t33it22le1d

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarından (BOKT) biri olan “İdeal Kredit”in müştərisi ciddi problemlə üzləşib. Söhbət cəmi 14 qəpiklik borca görə vətəndaşın kredit tarixçəsinin (Mərkəzi Kredit Reyestri məlumatlarının) zədələnməsindən gedir.

AzPost xəbər verir ki, bu barədə şikayətçi Elmar Mənsumov sosial şəbəkələrdə məlumat paylaşıb.

“Nə zəng etdilər, nə də SMS göndərdilər”

Şikayətçinin sözlərinə görə, o, 6 aylıq mebel kreditini hər ay qrafik üzrə vaxtında ödəyib. Son ödəniş zamanı sistemdə görünən məbləği tam şəkildə ödəsə də, sonradan hesabında 14 qəpiklik qalıq borc yaranıb. Ən qəribə məqam isə odur ki, qurum bu barədə müştəriyə heç bir məlumat verməyib:

“Bu barədə mənə nə bir SMS, nə bir zəng, nə də bildiriş gəldi. Nəticədə, cəmi 14 qəpiyə görə adıma 31 gün gecikmə yazılıb. Mən bunu təsadüfən Findoc-dan gələn e-mail vasitəsilə öyrənmişəm. Hazırda bu süni gecikmə səbəbindən digər bank müraciətlərimdə ciddi problemlər yaşayıram” – deyə E. Mənsumov bildirib.

“Müştərini iki həftədir yola verirlər”

Vətəndaş qeyd edir ki, yaranmış texniki səhvə görə 2 həftədir hər gün kredit təşkilatına müraciət etsə də, heç bir nəticə yoxdur:

“Artıq 2 həftədir hər gün zəng edirəm. Başa düşürəm ki, sistemi bəlkə dəyişə bilməzlər, ona görə də onlardan heç olmasa rəsmi arayış istəyirəm. Bildirsinlər ki, bu gecikmə müştəridən asılı olmayan texniki səbəbdən yaranıb. Amma sadəcə yola verirlər, konkret həll yoxdur”.

Şikayətçi bir neçə aktual sualı gündəmə gətirib:

  1. Müştəriyə borc barədə niyə məlumat verilmir?

  2. 14 qəpik kimi kiçik məbləğə görə dərhal niyə “qara siyahı” formalaşdırılır?

  3. Vaxtlı-vaxtında ödəniş edən müştərinin kredit tarixçəsini zədələmək niyə bu qədər asandır?

Qeyd edək ki, şikayətçi məsələ ilə bağlı artıq Azərbaycan Respublikasının Mərkəzi Bankına da rəsmi şikayət ünvanlayıb. Ekspertlər bildirir ki, bu növ kiçik qalıq borclar çox vaxt sistemlərdəki yuvarlaqlaşdırma və ya komissiya hesablamaları zamanı yaranır və maliyyə qurumları bu barədə müştərini dərhal xəbərdar etməyə borcludurlar.


Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

AzPost.az

Post navigation

Previous: İran ABŞ ilə danışıqların bərpası üçün beş şərt irəli sürdü
Next: Fransada sürücülərə “sərxoş maral” xəbərdarlığı

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

gezmek
  • Maraqlı

Gündəlik gəzinti nə üçün vacibdir?

User 24 Oktyabr 2026 - 17:15
İşdə uzun müddət oturmaq, avtomobildən çox istifadə etmək və asudə vaxtı telefon qarşısında keçirmək fiziki aktivliyi azaldır....
Read more about Gündəlik gəzinti nə üçün vacibdir?
Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq? bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.