Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Fransada sürücülərə “sərxoş maral” xəbərdarlığı

Orkhan Ali 13 May 2026 - 09:55 (Last updated: 13 May 2026 - 09:55)
2Un3t33it22le1d

Fransada yol polisi sürücülərə qeyri-adi və təhlükəli bir xəbərdarlıq edib. Meşələrdə qıcqırmış meyvələrdən yeyərək “sərxoş olan” marallar magistral yollara çıxaraq qəza şəraiti yaradırlar.

AzPost xəbər verir ki, bu barədə Fransa jandarmeriyası məlumat yayıb.

“Meşə aperitivi” maralları özündən çıxarıb

Polisin verdiyi məlumata görə, yaz aylarında yabanı heyvanlar ağacların yeni açan tumurcuqlarını və yerdə qalan çürümüş, qıcqırmış meyvələri yeyirlər. Jandarmların “meşə aperitivi” adlandırdığı bu qidalar heyvanlarda sərxoşluq yaradır. Nəticədə marallar hərəkət trayektoriyasını itirir və gözlənilmədən avtomobillərin qarşısına atılırlar.

“Yazda vəhşi heyvanlar qıcqırmış bitki və meyvələrlə qidalanır, bu da onların davranışını proqnozlaşdırılmaz edir. Əgər yolda ‘Bambi’nin (maralın) həddini aşdığını görsəniz, sürət həddini aşağı salın və diqqətli olun” – deyə polis sürücülərə çağırış edib.

Sona və Luara departamentində qeyri-adi mənzərə

Sona və Luara departamentinin jandarmları sosial şəbəkələrdə qeyri-adi video paylaşıblar. Görüntülərdə maralın sərxoş vəziyyətdə olduğu, istiqamət hissini itirərək dairəvi şəkildə qaçdığı əks olunub.

Yerli sakinlər zarafatla qeyd edirlər ki, artıq marallar üçün də “alkotester” yoxlaması tətbiq edilməlidir. Hələlik ciddi bir yol qəzası qeydə alınmasa da, bir neçə dəfə heyvanların avtomobillərin qarşısına qəfil çıxması faktı təsdiqlənib.

Ekspertlər bildirir ki, bu təbii prosesdir və hər il yaz aylarında oxşar hallara rast gəlinir. Sürücülərə xüsusilə meşəlik ərazilərdən keçən yollarda ehtiyatlı olmaq tövsiyə edilir.

AzPost.az

Post navigation

Previous: Cəmi 14 qəpiyə görə kredit tarixçəsi korlandı
Next: Bu günə olan valyuta məzənnələri

Oxşar xəbərlər

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
bulud sima
  • Maraqlı

Gecə kabus görməyiniz axşam yediyiniz qidadan ola bilər- Dietoloqdan tövsiyə

User 22 Oktyabr 2026 - 20:20

xƏBƏR

budce
  • Baş Yazı

2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

User 23 Oktyabr 2026 - 10:24
“Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisə daxil olub. Qanun layihəsinə əsasən, Azərbaycan...
Read more about 2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 23 Oktyabr 2026 - 10:06
Borca görə axtarışda olan 88 nəfər saxlanılıb DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.