Görkəmli bəstəkarımız Cavanşir Quliyev mərhum xanəndə, əməkdar artist Aygün Bəylərin ilk dəfə efirdə oxuduğu mahnı ilə bağlı paylaşım edib.
Azpost.info bildirir ki, C.Quliyev 30 il əvvəl AZTV-də musiqi proqramında Aygün Bəyləri təqdim edib. O, bəstəkarın mahnısını ifa edib.
“Səni yağışlı bir gün Bakı küçələrində kəşf edib musiqi həyatımıza gətirirəkən nə biləydim bu uzun sürməyəcək həyatın…Heyif səndən qızım!” -deyə C.Quliyev yazıb.
Qeyd edək ki, əməkdar artist Aygün Bəylər ağır xəstəlikdən sonra 48 yaşında dünən Türkiyədə vəfat edib.