Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb.
Azpost.info bildirib ki, AZTV-nin tanınmış aparıcısı Nailə İslamzadə bu xəbəri təkzib edib. “Lütfən, yoxlanılmamış xəbərləri yaymayın! Cavanşir Quliyev vəfat etməyib. İndicə ailəsi ilə danişdım”.
Cavanşir Quliyevin müalicəsi davam etdirilir.
Heydər Əliyev Fondundan isə bildirilib ki, bu gün Cavanşir Quliyevin üzərində planlaşdırılmış əməliyyat aparılması nəzərdə tutulur.
Xatırladaq ki, bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.