Çay və şəkər ucuzlaşıb –QİYMƏTLƏR

Çay
Çay

Dünya bazarında çay ucuzlaşıb. Dekabr ayında çayın 1 kiloqramının qiyməti 3 dollar olub. Bu isə əvvəlki ayla müqayisədə 4.2% ucuzlaşma deməkdir.

AzPost bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin bülletenində açıqlanıb.

Məlumat ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 10 yanvar 2025-ci il tarixli hesabatı əsasında hazırlanıb.

2024-cü ilin dekabr ayında şəkərin dünya bazarında 1 kiloqramının qiyməti 44 sent olub. Bu isə əvvəlki aya nisbətən 2.2% azalma deməkdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.