Çeçenistan Təhlükəsizlik Şurasının yerləşdiyi “Qroznı-Siti”yə PUA zərbəsi endirilib

Çeçenistan Təhlükəsizlik Şurası, Hesablama Palatası və seçki komissiyasının yerləşdiyi “Qroznı-Siti” Biznes Mərkəzindəki göydələnə dron zərbəsi endirilib.

Bu barədə ASTRA Telegram kanalı məlumat yayıb.

Qroznı sakinlərinin sözlərinə görə, PUA-nın hücumu nəticəsində Kadırov pr.3/25 ünvanındakı “Qroznı-Siti” kompleksinin binası zədələnib.

Yerli hakimiyyət orqanlarından hadisəyə dair rəsmi şərh verilməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.