Çeçenistanın paytaxtına PUA zərbələri endirilib

Çeçenistan rəhbəri Ramzan Kadırov bu gün paytaxt Qroznının mərkəzinə PUA hücumu olduğunu açıqlayıb.

Çeçenistan lideri hadisə zamanı bir neçə nəfərin xəsarət aldığını deyib.

“Bu gün onlar şəhərin mərkəzinə pilotsuz təyyarə ilə zərbələr endiriblər. Onlar yanacaqdoldurma məntəqəsini, polis alayının damını dağıdıblar. Mülki əhali xəsarət alıb”, – deyə o bildirib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.