Çempionlar Liqası –1/8 final mərhələsinin son oyunları

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmalarına yekun vurulacaq.

Son oyun günündə iki matç keçiriləcək.

İtaliya “İnter”i İspaniyada “Atletiko Madrid”in qonağı olacaq. İlk oyunda Milan təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Eyni saatda “Borussiya Dortmund” doğma meydanda Niderlandın PSV kollektivini qəbul edəcək. Komandalar arasında ilk görüş qollu sülhlə yekunlaşıb – 1:1.

Qeyd edək ki, daha əvvəl “Bavariya”, PSJ, “Real Madrid”, “Barselona”, “Arsenal” və Mançester Siti” komandaları adlarını 1/4 final mərhələsinə yazdırıblar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.