Çempionlar Liqası:“Qarabağ” bu gün cavab görüşünə çıxacaq

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab qarşılaşmasına çıxacaq.

Ağdam təmsilçisi səfərdə 2:0 hesabı ilə məğlub etdiyi Cəbəllütariqin “Linkoln” komandasını doğma meydanda qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Matçı danimarkalı Yakob Sandberq idarə edəcək.

Bu matçın qalibi “Ludaqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk ,Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. İlk görüşdə Bolqarıstan təmsilçisi 2:0 hesabı ilə üstün ayrılıb(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.