Çempionlar Liqasında ilk finalçı müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.

Yyarımfinalın ilk cavab qarşılaşmasında PSJ öz meydanında Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. Almaniya təmsilçisi 1-ci matçda olduğu kimi 2-ci görüşdə də 1:0 hesabı ilə qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, yarımfinalın digər cavab görüşündə sabah “Real” “Bavariya”nı qəbul edəcək. Bu komandaların ilk oyununda isə 2:2 hesabı qeydə alınmışdı.

7 may

UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsinin cavab oyunu

23:00 PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) – 0:1

Qol: Hummels, 50
İlk oyun 0:1

8 may

23:00.”Real” (İspaniya) – “Bavariya” (Almaniya)

İlk oyun – 2:2

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.