Çempionlar Liqasının 1/8 final mərhələsi –Oyunlar bu gün yekunlaşır

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Günün ilk matçı Almaniyada “Bayer” və İngiltərənin “Arsenal” komandaları arasında keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Digər üç görüş isə gecə saat 00:00-da start götürəcək. Norveçin “Budyo Qlimt” klubu Portuqaliya “Sportinq”ini, Fransanın PSJ komandası İngiltərənin “Çelsi” kollektivini, İspaniya “Real Madrid”i isə İngiltərənin digər təmsilçisi “Mançester Siti”ni qəbul edəcək.

Qeyd edək ki, ötən gün baş tutan matçlarda Türkiyə “Qalatasaray”ı evdə İngiltərə “Liverpul”unu 1:0, Almaniya “Bavariya”sı İtaliyada “Atalanta”nı 6:1, İspaniya “Atletiko”su doğma meydanda İngiltərə “Tottenhem”ni 5:2 hesabı ilə məğlub edib. “Nyukasl” (İspaniya) – “Barselona” (İspaniya) matçında isə qalib müəyyənləşməyib – 1:1.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.