Çempionlar Liqasının final mərhələsi Belarusdan alınıb

Futzal üzrə Çempionlar Liqasının 2020/2021-ci il mövsümünün final mərhələsi Belarusdan alınaraq Xorvatiyaya verilib.

Azərbaycan Futzal Federasiyası xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

Bu addım Belarusdakı epidemioloji vəziyyət və ölkəyə mövcud səyahət məhdudiyyətləri nəzərə alınaraq atılıb.

Qeyd edək ki, Çempionlar Liqasının final mərhələsi aprelin 28-dən mayın 3-dək Zaqrebdə təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın ticarət dövriyyəsində əsas tərəfdaşları hansı ölkələrdir? –

Sonrakı məqalə

Övladlığa götürülən uşaqlar pulsuz təhsil alacaqlar