İran və Avropa dövlətlərinin XİN başçılarının Cenevrədə keçirilən danışıqları yekunlaşıb.
AzPost bildirir ki, diplomatik mənbələrdən Reuters-ə verilən məlumata görə, Avropanın xarici işlər nazirləri cümə günü iranlı həmkarları ilə görüşüb. Onların məqsədi İsrailin hücumlarına baxmayaraq Tehranın yeni nüvə sazişi üzrə danışıqlara hazır olduğunu öyrənmək olub.
Mənbələr bildiriblər ki, avropalı nazirlər əvvəlcədən ABŞ dövlət katibi Marko Rubio ilə məsləhətləşmələr aparıblar. O, Vaşinqtonun birbaşa danışıqlara açıq olduğunu açıqlayıb, eyni zamanda qeyd edib ki, İranın nüvə potensialını məhv etmək üçün İsrailin zərbələrinə qoşulmağı nəzərdən keçirir.
Bununla bağlı Vaşinqtondan heç bir rəsmi təsdiq olmayb. Lakin CNN ABŞ rəsmisinə istinadən xəbər verir ki, prezident Donald Tramp müttəfiqlərin İranı razılaşmaya yaxınlaşdıra biləcək diplomatik səylərini dəstəkləyir.