Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq –Vaxt açıqlandı

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan bazar günü, oktyabrın 2-də Cenevrədə danışıqlar aparacaqlar.

Azpost.info xəbər verir ki, bu barədə TASS Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyana istinadən məlumat yayıb.

“Oktyabrın 2-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Cenevrədə görüş keçirəcək”, – Hunanyan bildirib.

Xatırladaq ki, tərəflər sonuncu dəfə sentyabrın 20-si Nyu-Yorkda bir araya gəlib.

Azpost.info

 

 

 

 

Əvvəlki məqalə

Rəhim Rəhimlinin ölüm səbəbi açıqlandı

Sonrakı məqalə

Əfqanıstanda terrorçu özünü təhsil mərkəzində partladıb-