Rəhim Rəhimlinin ölüm səbəbi açıqlandı

Müğənni Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb.

Bu barədə “Qafqazinfo”ya ifaçının prodüseri Həmzə Məmmədli açıqlama verib.

Onun sözlərinə görə, sənətçinin son zamanlar ürəyi xəstə olub. Bu səbəbdən Rəhim Rəhimli gecə saatlarında ürəktutmadan evində dünyasını dəyişib.

Prodüseri R.Rəhimlinin dəfn olunacağı yeri də açıqlayıb. O bildirib ki, mərhum sənətçi bu gün saat 12-də Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq –