Cənubi Koreya ilə Kuba arasında bir ilk- Foto

Kuba
Kuba

Cənubi Koreya ilk dəfə Kubaya səfir təyin edib.

Ölkə.Az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Açıqlamada Cənubi Koreyanın Mexikodakı səfirliyində diplomat vəzifəsində çalışan Li Ho-yulun Havanaya səfir təyin edildiyi bildirilib.

Beləliklə, Li Cənubi Koreyanın Kubadakı ilk səfiri olub.

Qeyd edək ki, Kuba Cənubi Koreyanı 1949-cu ildə tanısa da, 1959-cu il Kuba inqilabından sonra ikitərəfli münasibətlər gərginləşib.

Bildirilib ki, iki ölkənin Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndələri 2024-cü il fevralın 14-də nota mübadiləsi yolu ilə Cənubi Koreya ilə Kuba arasında diplomatik əlaqələr qurublar.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.