Çex hökuməti istefa verib

Çex Respublikasının hökuməti istefa verib.

APA “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Baş naziri Petr Fiala bildirib.

Nazirlər yeni hökumət formalaşana qədər vəzifədə qalacaq.

Qeyd edək ki, ötən ay keçirilən parlament seçkilərində Andrey Babişin başçılıq etdiyi ANO partiyası 34.5 faiz səslə qələbə qazanıb.

Prezident Petr Pavel Babişə yeni hökumət formalaşdırmaq barədə göstəriş verib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.