Çexiyada turist 1 milyon avro dəyərində qədim dəfinə tapıb

Çexiyanın Kutna-Hora şəhəri yaxınlığında bir turist qadın təsadüfən Orta əsrlərə aid dəfinə tapıb.

Çex Respublikası Elmlər Akademiyasının Arxeologiya İnstitutu məsələ ilə bağlı ilkin tədqiqatın nəticəsini açıqlayıb. İnstitut bildirir ki, dəfinə təxminən 900 il əvvəl gizlədilib. Tapıntı 1085-1120-ci illərdə zərb edilmiş 2150 ədəd gümüş denaridən ibarətdir. Müasir valyutaya konvertasiya edildikdə dəfinənin qiyməti 1 milyon avrodan çoxdur.

Sikkələrin saxlandığı küp və pulların tərkibi laboratoriya şəraitində daha diqqətlə yoxlanılacaq. Məqsəd istifadə edilən metalın dəqiq tərkibini və mənşəyini müəyyən etməkdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.